Disleksiya nədir? - BİLMƏNİZ VACİBDİR - LOQOPED DANIŞDI

5 Avqust 2022 16:53 (UTC+04:00)

"Disleksiya kəliməsi dil yoxluğu və çətinliyi mənasını verir. Disleksiya özünü psixoloji və fiziki cəhətdən normal olan uşaqlarda da göstərə bilir". Bu fikirləri SİA-ya açıqlamasında loqoped defektoloq Mədinə Əliheydərova bildirib.

Onun sözlərinə görə, disleksiyanı bəzən Zəka geriliyi ilə də səhv sala bilirlər: "Disleksiya özünü erkən yaşlarda göstərsə də lakin məktəb yaşı dövründə özünü daha qabarıq şəkildə büruzə verir. Bu yaşda uşaqların müəllimləri uşaqda adətən zəka geriliyi olduğundan şüphələnərək valideynlərinə bununla bağlı məlumat verirlər. Disleksiya özünü bir neçə formada göstərə bilir. Bunlara nəzər yetirək:
Artikulyator disleksiya; semantik( bu zaman uşaq oxuyur amma məmasını başa düşmür); Aqrammatik disleksiya( uşaq söz vəya cümləni sonuna kimi oxumur); fonematik disleksiya; taktil disleksiya; optik disleksiya ( Çap hərflərinin bənzədilməsi ,adətən görməsi zəif olan uşaqlarda olur)

Bəs uşaqlarda disleksiya aşkar edildiyi zaman valideynlər nə etməlidir?

Disleksiyalı uşaqların valideynləri hər şeydən əvvəl bu mövzu ilə bağlı ətraflı şəkildə məlumatlanmalıdırlar. Bir çox hallarda valideynlər də uşaqdakı bu halları gördükləri halda yaşı artdıqca düzələcəyini düşünərək heç bir tədbir görmürlər. Qeyd etmək lazımdır ki, bu tamamilə yanlış fikirdir. Yaş artıqca disleksiyanın əlamətləri uşaqlarda daha da artır və özünü daha aydın şəkildə göstərir. Valideynlərin uşaqlarında bu kimi halları gördükləri zaman ilk olaraq mütəxəssislərə müraciət etməsi tövsiyyə olunur. Mütəxəssislər uşaqlarda problemi aşkar edərək uşağa doğru şəkildə qurulmuş proqramla müdaxilə edir".