İbrahim Tatlısəsin verlişi yayımdan qaldırılıb

5 Avqust 2022 16:13 (UTC+04:00)

Türkiyəli müğənni İbrahim Tatlısəsin verilişi "İbo show" yayımdan qaldırılıb. SİA xəbər verir ki, məşhur sənətçinin verilişi yeni sezondan artıq "Star" kanalında yayımlanmayacaq. Buna səbəb isə müğənninin keçmiş həyat yoldaşı Adalet Saraya "qara ilan" və "cadugər" deməsi olub. Tatlısəs və komandası verilişin yayımlanması üçün yeni kanal axtarışına çıxıb.