Azərbaycan - Türkiyə milliləri qarşılaşacaqlar

5 Avqust 2022 15:51 (UTC+04:00)

Kişi voleybolçulardan ibarət Azərbaycan millimiz Avropa çempionatının təsnifat mərhələsində növbəti görüşünü Türkiyə kollektivinə qarşı keçirəcək. SİA-nın AVF-na istinadən məlumatına görə, Aərbaycan - Türkiyə matçı avqustun 6-da saat 18:00-da Bakıdakı Voleybol Mərkəzində başlayacaq. Oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.