Nazir taekvondoçularla görüş keçirib - FOTOLAR

5 Avqust 2022 15:24 (UTC+04:00)

Gənclər və İdman naziri Fərid Qayıbov "Ümid" taekvondo klubunu ziyarət edib. SİA-nın ATF-na istinadən məlumatına görə, klubun rəhbəri İlkin Şahbazov yetirmələrinin daxili və beynəlxalq turnirlərində əldə etdiyi nailiyyətlər barəsində məlumat verib.

Bir neçə gün öncə yeniyetmələr arasında Bolqarıstanda keçirilən dünya birinciliyində qızıl medal qazanan Mehdi Budaqlının məhz bu klubun yetirməsi olduğu qeyd olunub. Fərid müəllim çempionu və məşqçi heyətini, klubun digər idmançılarını qələbə münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb!