Nazir Quba şəhərində vətəndaşları qəbul edib - FOTOLAR

5 Avqust 2022 15:03 (UTC+04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin avqust ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən 5 avqustda Quba şəhərində vətəndaşlarla görüşüb. RİNN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdən öncə nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.