Neft-qaz emalı və neft-kimya sənayesi üzrə Komissiyanın tərkibində dəyişiklik edilib - SƏRƏNCAM

5 Avqust 2022 12:38 (UTC+04:00)

Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibində dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.