Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

5 Avqust 2022 11:28 (UTC+04:00)

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəlib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.