Ağ Evin yaxınlığına ildırım düşüb

5 Avqust 2022 10:49 (UTC+04:00)

ABŞ-ın Vaşinqton şəhərində Ağ Evin yaxınlığındakı parka ildırım düşüb və nəticədə 4 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə, hadisə yerinə çoxlu sayda ilkin tibbi yardım və polis qrupları göndərildikdən sonra səlahiyyətlilər ildırım vurması zamanı parkda olan 2 qadın və 2 kişi olmaqla 4 nəfərin ağır yaralanaraq xəstəxanada müalicə aldığını bildirib.