YARAT-da növbəti tədbir – “Reklamda kreativlik”

5 Avqust 2022 03:17 (UTC+04:00)

Avqustun 10-da YARAT Müasir İncəsənət Məkanı dünyanın ən məşhur yaradıcılıq festivallarından biri sayılan “Cannes Lions” və “Endorphin” reklam agentliyinin birgə əməkdaşlığı ilə yaradıcı və marketinq sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün hazırlanan “Reklamda kreativlik” adlı tədbir keçirəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir: YARAT-dan bildirilib ki, tədbirdə "Cannes Lions 2022" festivalından yenicə qayıtmış Azərbaycan təmsilçiləri – “Young Lions” müsabiqəsinin gənc iştirakçıları və festivalın əsas bölümündə iştirak etmiş reklam agentliklərinin, həmçinin müxtəlif yerli brendlərin nümayəndələri fikir mübadiləsi apararaq, bilik və təcrübələrini bölüşəcəklər.

YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunacaq tədbir Azərbaycan dilində keçiriləcək.