Almaniyanın keçmiş baş nazirindən etiraf

4 Avqust 2022 22:21 (UTC+04:00)

Almaniyanın keçmiş baş nazirlərindən Qerhard Sröder Türkiyənin Rusiya ilə Ukrayna arasındakı münaqişənin sona çatması üçün ciddi sәylәr göstәrdiyini bildirib.

Gerhard Sröder bu gün nәşr olunan “Stern” jurnalına müsahibə verib.

Kremlin münaqişәnin dialoq yolu ilә hәll edilmәsini istәdiyini ifadә edәn Şröder deyib: ‘‘Türkiyә Rusiya ilә Ukrayna arasındakı münaqişәnin sona çatması üçün ciddi sәylәr göstәrib. Bu çәrçivәdә әldә olunan taxıl sazişi ilk uğurdur. Bu addım atәşkәsin әldә olunmasına imkan yarada bilәr’’.

Şröder Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bəri davam edən müharibənin sona çatması üçün hər iki tərəfin güzəştə getməsinin vacibliyini vurğulayıb.

Gerhard Sröder Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu mövzuda göstərdiyi səylərə diqqət çəkәrәk deyib: “Türkiyə prezidenti Ərdoğanın göstәrdiyi sәylәri alqışlayıram’’.