MMA döyüşçümüz UFC-də yarışacaq

4 Avqust 2022 17:11 (UTC+04:00)

Azərbaycanın məşhur MMA döyüşçüsü “AMC Fight Night”ın 5-qat çempionu Nəriman Abbasov (28-3) Las Veqasa yollanıb. SİA-nın Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən məlumatına görə, Nəriman sentyabrın 6-da UFC prezidenti Dana Vaytın “Dana White Contender Series” çərçivəsində döyüşəcək. Nərimanın rəqibi 11 qələbə seriyasını davam etdirən LFA çempionu braziliyalı İsmael Bonfim (17-3) olacaq.