Şahmatçılarımız turun qalibi olublar

4 Avqust 2022 16:52 (UTC+04:00)

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. SİA-nın AŞF-na istinadən məlumatına görə, 6-cı turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Slovakiya yığmasına 13:1 hesabı ilə qalib gəlib. Millimiz 9 xalla 18-ci pillədə qərarlaşıb.

Qadın şahmatçılardan ibarət komandamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) da turu qələbə ilə başa vurub. Şahmatçılarımız Qazaxıstan komandasına 3:1 hesabı ilə qalib gəliblər. Azərbaycan yığması 11 xalla ikinci pillədə yer alıb.

Qeyd edək ki, Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparır.