"Ərdoğanın böyük əməyi var" PESKOV

4 Avqust 2022 15:58 (UTC+04:00)

Dmitry Peskov paytaxt Moskvada jurnalistlərə açıqlama verib. SİA xəbər verir ki, Peskov Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 22 iyulda imzalanan taxıl daşınması müqaviləsini dəyərləndirib.

Diplomat bildirib ki, taxıl müqaviləsi ən çətin məsələlərin hamının maraqları nəzərə alınmaqla necə həll oluna biləcəyinə yaxşı bir nümunədir: " Əlbəttə, qeyd etmək lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən böyük əməyi var".