"Sərhəd təhlükəsizliyini təmin etmək üçün hər cür imkandan istifadə edəcəyik". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib.
Cəlil Xəlilov bildirib ki, Azərbaycan suveren dövlətdir və Birləşmiş Millətlər Təşkilatı tərəfindən əraziləri müəyyən olunub: " Azərbaycan öz əraziləri çərçivəsində torpaq təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. Azərbaycanın başqa dövlətlərin ərazisinə iddiası yoxdur. Eyni zamanda sərhəd ölkələrlə normal qonşuluq əlaqəsi saxlayır. Azərbaycan öz vətəndaşlarının və ərazisinin təhlükəsizliyini təmin edir. Bizim ərazimizdə terror qrupları və qeyri-qanuni hərbi birləşmələrə qarşı mübarizə aparır. Azərbaycan müharibə istəmir. Azərbaycan normal qonşuluq əlaqəsi yaratmağa çalışır. Eyni zamanda Azərbaycan beynəlxalq arenada həmrəyliyini hər zaman göstərib. Üçtərəfli bəyanat imzalanıb və Ermənistan tərəfinə xeyli müddət vaxt verilib. Terror birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Azərbaycan hakimiyyətinin idarəetmə sistemindən kənarda heç bir hərbi qruplaşma Azərbaycanda yerləşə bilməz. Azərbaycan öz ərazi daxilində qeyri-qanuni məskunlaşan hərbi birləşmələrə qarşı mübarizə aparmalıdır. Azərbaycan tərəfi dəfələrlə bu barədə Ermənistana xəbərdarlıq edib. Ermənistan tərəfi öz ambisiyasından və separatçı ideyalarından əl çəkmək istəmir".