“Hərəyə bir kitab” layihəsi başlayacaq

4 Avqust 2022 12:55 (UTC+04:00)

Yenicə yaranan “Nəcib Jurnalistlər” İctimai Birliyi maraqlı layihəyə imza atacaq. Qurumun rəhbəri Mətləb Salahov KİV üçün açıqlamasında bildirib ki, yeni tədris ilinin başlanması münasibəti ilə bölgələrdə, əsasən də, dağlıq ərazilərdə yaşayan və imkansız ailələrdən olan şagirdlərin tədris ləvazimatları ilə təmin olunmaları üçün xeyirxah layihə reallaşdıracaq. Qurum rəhbərinin bildirdiyinə görə, “Hərəyə bir kitab” adlanan layihədə əsas məqsəd bölgələrimizdə yaşayan imkansız ailələrdən olan uşaqların təhsilə bağlılığını gücləndirmək, onların tədris ləvazimatları ilə təmin olunmasına çalışmaq, savadlı və düşüncəli vətəndaş kimi yetişmələri üçün töhfə verməkdir.