Erməni terroru dayandırılmasa bəşəriyyət dinclik tapmayacaq TƏHLİL

4 Avqust 2022 13:04 (UTC+04:00)

Son iki yüz ildə Azərbaycan öz müstəqlliyini qoruyub saxlamaq və inkişaf etdirmək üçün bütün mümkün mübarizə üsullarından, fəaliyyət növlərindən istifadə edib. Bu mübarizə nəticəsində yüz minlərlə azərbaycanlı həyatını itirib, sağlamlığından məhrum olub. Təkcə erməni terrorçularının terror əməlləri nəticəsində iki əsr ərzində 2 milyon azərbaycanlı qətlə yetirilib, yüzlərlə şəhər və kənd dağıdılıb. Erməni vandalları 1988-ci ildən sonra da Moskvadakı əlaltılarına arxalanaraq Azərbaycan Respublikasına qarşı torpaq iddiaları ilə çıxış etdi və hərbi-siyasi dəstək hesabına yaşayış məskənlərimizi işğal edib, insanlarımızı ev-eşiyindən didərgin saldılar. Yalnız onların qəsbkar siyasətlərinə 44 günlük Vətən müharibəsi ilə son qoyuldu. Düşmən layiq olduğu cəzanı almaqla, törətdiyi faciələri on qat ödəməli oldu.

Artıq Qarabağımız azad nəfəs almaqdadır. Üçrəngli bayrağımız Şuşada, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Ağdamda, Füzulidə və digər yerlərdə dalğalanmaqdadır. Artıq imperiya siyasəti aparan və hər zaman ermənilərə öz siyasi-hərbi dəstəyini göstərən Rusiya da Ermənistanı üzləşdiyi fəlakətlərdə, Aəzrbaycan ordusunun dəmir yumruq əməliyyatlarından xilas edə bilmir. Çünki dövr dəyişib, bu gün artıq Azərbaycan yenilməz gücə, müzəffər orduya, qətiyyətli Sərkərdəsinə malikdir. Demək olar ki, yetişən reallıqlara əsaslanmaqla Türkmənçay və Gülüstan sülh müqavilələri də ləğv edilməli və Azərbaycanın bütövlüyü bərpa olunmalıdır. Məlum tarixi faktlara istinadən demək olar ki, ötən əsrin əvvəllərində Rusiya imperiyası Cənubi Qafqazda qüvvətlənmək və özünün gələcək işğalçılıq planlarını reallaşdırmaqdan ötəri imzalanmış Türkmənçay və Ədirnə müqaviləsinin şərtlərinə görə erməniləri tez bir vaxtda İran və Osmalı imperiyası ərazisindən bütöv şəkildə Şimali Azərbaycan ərazisinə köçürməyə başladı. Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə Rus çarizminin təkidi ilə hazırkı fars-molla rejiminin ərazisində yaşayan ermənilərin tam şəkildə Azərbaycan ərzisinə köçürülməsi rəsmiləşdirildi.

Ermənilərin köçürülməsinin toplum olmasını təsdiqləyən sübutlar

1829-cu il sentyabrın 2-də Osmanlı ilə Rusiya arasında imzalanmış Ədirnə sülhünün 13-cü maddəsinə görə Osmanlı torpaqlarında yaşayan ermənilərin hamılıqla Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını başqa xristian qaynaqları ilə yanaşı erməni mənbələri də sübut edir. Türkmənçay müqaviləsinin təsdiq edilməsinin (1828-ci il 20 mart) ertəsi günü Rus çarı Nikolay “Erməni vilayəti” yaradılması barədə fərman verdi. 1827-ci ilin mayında Rus generalı Paskeviç Xüsusi tələbnamə əsasında ermənilər içində nüfuza malik olan polkovnik Lazaryevi (Qararos Lazaryan) öz sərəncamına alınması ilə köçürülmənin hazırlıq işlərinə başlandı. O, 1827-ci il oktyabrın 19-da Təbrizə komendant təyin edildi. Rus ordularının Təbrizə hücumu zamanı (13 oktyabr) Lazarevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordularının üzünə açdılar. Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün Rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı. 1828-ci il 26 may tarixli Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda bildirilirdi: “Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artıq Qarabağda 279, İrəvan vilayətində 948 ailə məskunlaşdırıldı. Polkovnik Lazarevin vədinə görə köçənlərin sayı 5 min ailəyə çatdırılmışdı. İ.Şopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalnız 366 ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərinin özündə və 36 ailə (182 nəfər) isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559 (23568 nəfər), Naxçıvan ətrafında 2137 (10652 nəfər), Ordubad dairəsində 250 (1340 nəfər) erməni ailəsi yerləşdirildi. Nəticədə, qondarma “Erməni Vilayətinə” 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Rusiya çarizmin xəzinəsindən 14000 manat qızıl, 400 manat gümüş pul xərcləmişdi. Məsələn, rus tədqiqatçısı N.Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan əyalətində məskunlaşdığını yazır. 1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafından İstanbula hücuma keçdikdə II Sultan Mahmud Rusiya dövlətinə barışıq təklif etdi. Hər iki dövlət arasında 1829-cu il sentyabrın 2-də Ədrinə sülhü bağlanıldı. Hər iki dövlətin sərhədinə görə Axılkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ədrinə sülhünün 13-cü maddəsinə əsasən, Türkiyənin işğal edilmiş ərazilərindəki ermənilər 18 ay müddətində daşınan əmlakları ilə bərabər Rusiya təbəəliyinə keçmək hüququ verilmişdir. Bir qədər sonra M.Vladikin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”. Hesabla Komissiyanın sayına görə, Osmanlı dövləti torpaqlarından 84 mindən çox erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş Əlahəzrətin buyuruğunda Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min gümüş pul rus dövlətindən ayrıldığı bildirildi.

Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan əyalətində məskunlaşdığını yazır

İ.Şopenin apardığı siyahıyaalmanın nəticələrinə görə, 1828-1829-cu illər Rus-Türk müharibəsindən sonra “Erməni vilayəti”nə Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürd köçürülmüşdür. İ.Şopenin 20-ci ildən ibarət əlyazmasında siyahıyaalmanın nəticələri 1852-ci ildə çap edilən “Erməni Vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi”ndə müharibədən sonra “Erməni Vilayəti”ndə mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahıyaalmanın nəticələrinə görə, köçürülməyədək vilayətdə 81749 nəfər müsəlmanın isə 25151 nəfər erməni qeydə alınmışdı.

1832-ci il siyahıyaalınmasına görə, İrəvan əyalətindəki kəndlərdən 463-də müsəlmanlar (Azərbaycan türkləri), 98-də ermənilər, 63 kənddə isə azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar. Beləliklə, erməni köçkünlər boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlıların yaşadığı 70 kənddə, 22 qarışıq və 47 erməni kəndində məskunlaşmışdı. N.Şavrov yazırdı ki, rəsmi köçürülən 124 min nəfər erməni ilə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçürülənlərin sayı 200 min nəfərdən xeyli artıqdır. N.Şavrov qeyd edir ki, XIX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik. XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik xəritəsində yeni toplum erməni toplumu peyda oldu. 1988-ci ildə azərbaycanlıların keçmiş İrəvan xanlığı ərazisindən-indiki Ermənistan adlanan bölgədən deportasiyası başa çatdı. Azərbaycan toponimləri tamamilə “erməniləşdirilir”. Belə demək olar ki, ermənilər özlərinə saxta “tarix” yaradırlar. Tarixi həqiqət bunu deməyi lazım bilir ki, ermənilər Cənubi Qafqaza gəlmə-köçürülüb gətirilmə etnosudur. Onların əcdadları hesab olunan tayfalar təqribən e.ə. I minilliyin ortalarında Fərat çayının yuxarılarında peyda olmuşlar. Onlar bu əraziyə Balkan yarımadasından köçüb gəlmişlər. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan çox azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan adlanan ərazisində 521 türkmənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. Ermənistan AS-nin 1991-ci il 9 aprel fərmanı ilə azərbaycanlılara məxsus 90 məntəqənin adı dəyişdirilib. Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmiş 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti xalqın iradəsini nəzərə tutmadan, güclü dövlətlərin təzyiqi ilə öz ərazisində paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla erməni dövləti yaradılmasına razılıq verdi. Ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycan dövlətinə qarşı gələcəkdə yeni ərazi iddiası sürmək üçün “zəmin” hazırladılar.

Bir sözlə, mövcud fakla və bizim apardığımız araşdırmalar bir daha onu təsdiq edir ki, ermənilər Cənubi Qafqaza gəlmə-köçürülüb gətirilmə toplumdur. Bunu dəfələrlə elmi məqalələrində və beynəlxalq tədbirlərdə erməni ziyalıları, siyasətçiləri də etiraf ediblər. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1975-ci ildə ermənilər Azərbaycan ərazilərinə köçürülmələrinin 150 illiyini qeyd etmişdilər. Bu baxımdan, erməni toplumu köçürülmədir və köçürülmə etnos olaraq da bir zaman gəldikləri yerlərə qayıtmaları tarixi ədalətin bərpası demək olar.

İ.ƏLİYEV