Havanın tempraturu yüksələcək - QURUM RƏSMİSİ

4 Avqust 2022 12:32 (UTC+04:00)

"Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq".

Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

G. Məmmədova bildirib ki, avqustun 6-sı gecə və səhər saatlarında yarımadanın bəzi ərazilərində yağış yağacağı ehtimal olunur: "Mülayim şimal-qərb küləyi avqustun 6-da arabir güclənəcək. Havanın tempraturu 30-35 dərəcə isti olacaq. Bölgələrdə isə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimal olunur. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal tempraturu mərkəzi aran rayonlarında 33-38, dağlarda isə 19-24 dərəcə isti olacaq".