“Golden Trailer Awards 2022”nin namizədləri elan edilib

4 Avqust 2022 00:18 (UTC+04:00)

“Golden Trailer Awards” 2022-ci ilin namizədlərini açıqlayıb.

AZƏRTAC regnum.ru saytına istinadla xəbər verir ki, “Golden Trailer Awards”da materiallarında 85 mükafata namizəd olan nominasiyaların sayına görə lider “Disney” şirkətidir. İkinci yeri 67 nominasiya ilə “Warner Media”, üçüncü yeri isə 50 nominasiya ilə onlayn-kinoteatr olan “Apple TV Plus” tutub. Nominasiyalar arasında “Ən yaxşı animasiya və ya ailə layihəsi”, “Ən yaxşı komediya”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı videooyun treyleri”, həmçinin “Ən yaxşı yay blokbaster treyleri” və s. nominasiyalar yer alır.

Xatırladaq ki, “Golden Trailer Awards” film, televiziya və oyun marketinqində əldə olunan nailiyyətlərə görə təşkil olunan illik mükafatlandırmadır.