Odessadan gedən ilk yük gəmisi İstanbulun Boğaziçi sahillərində lövbər salıb

2 Avqust 2022 23:52 (UTC+04:00)

Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan “Taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması” müqaviləsi çərçivəsində avqustun 1-də Odessadan hərəkət edən ilk gəmi İstanbulun Boğaziçi sahillərində lövbər salıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Syerra-Leone bayrağı altında üzən 27 min ton qarğıdalı yüklü "Razoni" adlı quru yük gəmisi avqustun 3-də səhər saatlarında İstanbulda birgə nümayəndə heyəti tərəfindən yoxlanıldıqdan sonra Livana doğru hərəkət edəcək.

İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.