Niaqara şəlaləsi buxarlanıb

2 Avqust 2022 21:30 (UTC+04:00)

Monteneqronun paytaxtı Podqoritsa yaxınlığındakı Niaqara şəlaləsi quruyub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Milli mətbuatda yer alan xəbərlərə görə, iyul ayında ölkəyə təsir edən həddindən artıq istilər Podqoritsadan 4 kilometr aralıda, ölkənin ən məşhur gəzinti zonasında yerləşən Niaqara şəlaləsini buxarlandırıb. Suyunu Sievna (Cijevna) çayından alan şəlalə çay suyunun azalması səbəbindən quruyub.