“Azərbaycanda Covid-19 xəstəliyinə yoluxanların sayı kəskin şəkildə artır. Biz dəfələrlə də qeyd etmişdik ki, xəstəlik artmağa doğru gedir. Çünki bu proses təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir”. Bu fikirləri SİA-ya açıqlamasında infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, bizə əsas maraqlı olan qonşu olan ölkələrdir ki, həmin ölkələrdə də artım müşahidə olunur: “Bütün dünyada yoluxma artığı təqdirdə bu hal Azərbaycandan təsirsiz ötüşə bilməz. Yoluxma hallarının sayı artsa da, xəstəxanalarda ciddi şəkildə xəstə sayı yoxdu. İnsanların çoxu bu xəstəliyi ev şəraitində müalicə edir. Bunlarla yanaşı ciddi şəkildə ağ ciyər əlamətləri görünmür. Lakin biz yenə də ehtiyyatı əldən verməməli, ara məsafəsini gözləməli, spirtdən istifadə edərək özümüzü qorumalıyıq. Hətta tövsiyyə xarakterli olaraq qapalı məkanlarda, insanların çoxluq təşkil etdiyi yerdə maskadan istifadə olunmalıdır. Peyvənd vurdurmayan və peyvəndinin vaxtı keçən insanlar peyvənd olunmalıdırlar. Əgər hər hansısa bir insan özündə müəyyən narahatlıq hiss edərsə də, mütləq testdən keçərək, həkim nəzarətində olmalıdırlar. Qapanmaların olmasından söhbət getmir amma ciddi bir hal olarsa, Operativ Qərargah tərəfindən addımlar atıla bilər. Lakin hazırda buna ehtiyac duyulmur”.