ABŞ Dövlət Departamenti Ukraynaya əlavə 550 milyon dollarlıq hərbi yardım elan edib. SİA xəbər verir ki, ABŞ-dan Ukraynaya hərbi yardımın həcminin 8,7 milyard dollara çatdığı bildirilib.
Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı davam edərkən, ABŞ-dan Ukraynaya əlavə hərbi yardım gəlib.
ABŞ Dövlət Departamentindən verilən açıqlamada Vaşinqtonun 50-dən çox müttəfiqi və tərəfdaşı ilə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyi vurğulanıb.
Açıqlamada ABŞ-ın Ukraynaya 550 milyon dollar əlavə hərbi yardım edəcəyi, Vaşinqtonun Kiyevə verdiyi hərbi yardımın məbləğinin isə 8,7 milyard dollara çatdığı bildirilib. Açıqlamada qeyd olunub ki, sözügedən hərbi yardım paketinə yüksək təsirli artilleriya raket sistemi və 155 millimetrlik artilleriya sistemləri üçün sursat daxildir.