“Uzun müddət bir çox ixtisaslar üzrə lazım olan işçi qüvvəsi ya xarici ölkələrdən dəvət olundu, yada bunu qeyri ixtisaslı kadrlar həyata keçirməyə başladı. Geridə qoyduğumuz 30 ilə baxdıqda görürük ki, texniki peşə təhsili müəssisələrinin binaları yararsız hala düşmüşdü, mühəndis pedaqoji heyətin böyük bir qismi işdən uzaqlaşmışdı.Yataqxanalar qaçqın və məcburi köçkün ailələri tərəfindən zəbt olunmuşdu. Buna baxmayaraq, 2016-cı ildən eibarən texniki peşə təhsilinin inkişafı sahəsində yeni mütərəqqi meyllər yaranmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Təhsil ekspertinin sözlərinə görtə, təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir: “2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərmanından sonra peşə təhsili islahatının gedişi daha da sürətləndi, yeni peşələr üzrə kadr hazırlığına diqqət artırıldı. Bu gün orta məktəbləri bitirmiş şəxslər kütləvi şəkildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edirlər. Halbu ki, 54 ali təhsil müəssisəmizdə təhsl alan 164 min tələbənin yalnız 42 faizi təhsilini başa vurdudan sonra əmək bazarında ixtisası üzrə işlə təmin olunur. Amma peşə təhsilini bitirənlərin işlə təmin olunma faizi isə çox yüksəkdir. Müasir Azərbaycan gənclərinin peşə təhsili müəssisələrini seçməməsinin bir səbəbi də onların təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilməməsi idi. Amma yeni “Peşə təhsili haqqında” qanunda qeyd olunur ki, bu pillədə təhsil alanlara da möhlət hüququ veriləcək. Bu gənclərin kütləvi şəkildə Peşə təhsilinə yönəlməsinə gətirib çıxaracaq. Artıq bir neçə ildir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Bütün bu atılan addımlar peşə-ixtisas təhsili müəssisələrinə marağı və müraciəti ciddi şəkildə artıracaqdır