"Rusiya və Ukrayna arasındakı müharibənin necə nəticələnəcəyi müəmmalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, bütün hallarda ehtimal olunur ki, Rusiya və Ukrayna arasında aralıq sazişi imzalana bilər: "Rusiya və Ukrayna arasında müharibə beləliklə dayana və aralıq sazişinin ərsəyə çıxması ilə tərəflər müvəqqəti atəşkəsə nail olacaq. Çünki müharibənin tam bitməsi hazırda gözlənilmir. Tərəflər arasında fikir ayrılığı çox böyükdür. Ukrayna və Rusiyanın ortaq məxrəcə gəlməsi bundan dolayı çox çətindir. Rusiya müəyyən mərhələdə geri addım atması ilə bağlı düşünəcək. Çox güman ki, Rusiya məqsədli şəkildə geriyə addım atsa belə, bunu dünya ictimaiyyətinə Rusiyanın geriyə atması kimi yox, Rusiyanın qələbəsi kimi təqdim olunacaq".
Qönçə Quliyeva