"Bölünməz təhlükəsizliyin tərəfdarıyıq” PUTİN

2 Avqust 2022 10:33 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin verdiyi açıqlamada bildirib ki, nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç vaxt başlamamalıdır. SİA xəbər verir ki, Putin nüvə silahının yayılmaması haqqında həsr olunmuş konfransda fikirlərini bölüşüb. Rusiya lideri qeyd edib ki, belə bir müharibə olmamalı və heç vaxt müraciət edilməməlidir: "Biz dünya birliyinin bütün üzvləri üçün bərabər və bölünməz təhlükəsizliyin tərəfdarıyıq”.

Rusiyanın fevralın 24-də Ukraynaya müdaxiləsindən sonra nüvə münaqişəsi riski ilə bağlı beynəlxalq narahatlıqlar artıb. Putin dəfələrlə Rusiyanın nüvə arsenalına istinad edib və dünyada bunu edən yeganə liderdir. “Kim bizə mane olmağa çalışsa, dərhal Rusiyadan cavab alacaq və bu, tarixinizdə görmədiyiniz nəticələr verəcək” kimi bəyanatları təkrarlayan Rusiya lideri Rusiyanın nüvə qüvvələrinə də yüksək döyüş hazırlığı əmri verib.