Estee Lauder Tom Ford moda evini almağı planlaşdırır

2 Avqust 2022 00:28 (UTC+04:00)

Amerikalı kosmetika və parfümeriya istehsalçısı Estee Lauder Tom Ford moda evini almaq üçün danışıqlar aparır.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Müqavilənin dəyərinin 3 milyard dollardan çox olduğu bildirilir.

Mənbələrə görə, bu sövdələşmə Amerika şirkətinin ən böyük alışı ola bilər. Bu arada, mənbələrin məlumatına görə, moda evinin alınması üçün başqa şirkətlər də müraciət etdiyindən hər iki tərəfin razılığa gələcəyinə zəmanət yoxdur.

Estee Lauder bütün dünyada MAC Cosmetics, Clinique daxil olmaqla bir çox brendə sahibdir, həmçinin DKNY və Tom Ford moda evləri üçün ətirlər istehsal edir.

Nazlı Almuradova