“Odla oynayan özünü yandırar”

1 Avqust 2022 17:25 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpin arasında 2 saat 17 dəqiqə davam edən telefon danışığı olub. SİA xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan səfəri planına görə iki ölkə arasında gərginlik davam edərkən, Çin tərəfi görüşlə bağlı açıqlama verib.

Pekinin prezidenti Xi-nin bu il 5-ci dəfə Baydenlə danışdığı və Baydenə Tayvan haqqında “Odla oynayan özünü yandırar” dediyi bildirilib. Açıqlamada Baydenə Tayvana xarici müdaxilənin qəbul edilməyəcəyi vurğulanıb.
Ağ Evin görüşlə bağlı verdiyi açıqlamada ABŞ prezidenti Baydenin Tayvanla bağlı siyasətlərinin dəyişmədiyini, Tayvan boğazında status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə və ya sülhü pozacaq addımlara şiddətlə qarşı olduqları bildirilib.