Rusiyada məhdudiyyətlər davam edəcək

1 Avqust 2022 15:51 (UTC+04:00)

Rusiyada dollar və avronun nağd çıxarılması ilə bağlı məhdudiyyətlər uzadılıb. SİA xəbər verir ki, Rusiya Mərkəzi Bankı ölkədə nağd avro və dolların çıxarılmasına qoyulan məhdudiyyətlərin daha 6 ay müddətinə uzadıldığını açıqlayıb. Ölkəyə qarşı tətbiq edilən sanksiyalara görə nağd valyuta çıxarılmasına qoyulan məhdudiyyətlərin davam etdirilməsi lazım olduğu açıqlamada vurğulanıb.

Rusiya maliyyə qurumlarının Qərb ölkələrindən nağd xarici valyuta ala bilmədiyi və bu səbəbdən valyuta çıxarılması ilə bağlı məhdudiyyətlərin 2023-cü il martın 9-dək uzadıldığı qeyd edilib.

Xatırladaq ki, martın 9-da Rusiyada tətbiq edilən sanksiyalara görə valyuta satışına bəzi qadağalar və məhdudiyyətlər qoyulmuşdu.

Qeyd edək ki, dollar və avrodan başqa xarici valyutanın çıxarılmasına qoyulan məhdudiyyətlər mayın 19-da, dollar və avroya qoyulan məhdudiyyətlərin isə sentyabrın 9-da aradan qaldırılacağı gözlənilirdi.