Axtarışda olan 239 nəfər sərhəddə tutulub - DSX

1 Avqust 2022 11:40 (UTC+04:00)

İyul ayında cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 239 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə Trend-ə SİA-ya Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Qeyd olunub ki, ölkədən çıxışı qadağan olan 516 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 15 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.