Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

30 İyul 2022 15:48 (UTC+04:00)

Avqustun 1-dən 5-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Şərq küləyi arabir 15-18 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.