Türkiyənin turizm gəliri ilin ikinci rübündə 190 faiz faizdən çox artıb.
Türkiyə Respublikası Dövlət Statistika Komitəsi aprel-may-iyun aylarını əhatə edən ikinci rübün turizm hesabatını açıqlayıb.
Hesabata görə sözügedən dövrdə ölkənin turizm gəliri 8 milyard 717 milyon 103 min dollar olub. Həmin dövrdə turist sayında da 193,6 faiz artım qeydə alınıb.