"Fərman hər iki quruma yüksək diqqətin və etimadın göstəricisidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

29 İyul 2022 10:57 (UTC+04:00)

"İyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanda konkret olaraq elmi fəaliyyətin idarə olunması və tənzimlənməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi konkret olaraq Elm və Təhsil Nazirliyinə həvala edildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycanda belə bir fəaliyyətin tənzimlənməsinə, koordinasiyalı bir şəkildə idarə olunmasına ehtiyac var idi: "Azərbaycan bunu da müvəffəqiyyətlə həyata keçirdi. Hesab edirəm ki, sözügedən fərman hər iki quruma yüksək diqqətin və etimadın göstəricisidir. Atılan bu addımlar Azərbaycan elmin və təhsilin inkişafına öz töhfəsini verəcək. Artıq Elm və Təhsil Nazirliyinin olması isə Azərbaycanda elmin daha da inkişaf etməsinə səbəb olacaq. Bildiyimiz kimi elmin fəaliyyətin idarə olunması, tənzimlənməsi səlahiyyətləri Təhsil Nazirliyinə verilərək Təhsil Nazirliyinin səlahiyyətləri daha da artırıldı. Azərbaycan Milli Elmlər Akademiyasına gəldikdə isə, bir qurum kimi fəaliyyətini davam etdirəcək. Bu gün Azərbaycan elminin və təhsilinin qarşısında çox ciddi məsələlər var və bu məsələlərin öhdəsindən gəlinmısi üçün mühüm qərarların qəbul edilməsi çox önəmlidir”.

Arzu Qurbanlı