Asiyanın ən varlı qadını ötən il sərvətinin yarıdan çoxunu itirib

29 İyul 2022 06:43 (UTC+04:00)

İqtisadiyyat kanalı "Bloomberg"in Milyarderlər İndeksinə görə, Çinin ən böyük daşınmaz əmlak istehsalçısı olan Country Gardenın əsas səhmdarı Yang Huiyan-ın gəliri 52 faizdən çox azalaraq 23,7 milyard dollardan 11,3 milyard dollara enib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Şirkətin yeni səhmlər satacağını elan etməsindən sonra, Guangdongda yerləşən Country Garden-ın Honq-Konqda siyahıya alınmış səhmlərin 15 faiz dəyər itirməsi Yangın sərvətinə ağır zərbə endirib.

Atası, Country Garden-in qurucusu olan Yang Guoqiang, 2005-ci ildə səhmlərini Yang Huiyan-a verdi.