TRT-nin Britaniyanın BBC telekanalına istinad etdiyi xəbərə görə hadisə Saqar rayonundakı məktəbdə şagirdlərə “Covid-19” peyvəndinin vurulduğu zaman cərəyan edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Bildirilir ki, övladlarını müşayiət edən valideynlər tibb işçisinin peyvənd üçün tək şprisdən istifadə etdiyini görüb, vəziyyətlə bağlı məktəb rəhbərliyinə məlumat veriblər. Ancaq Jitendra Rai adlı tibb işçisi səhiyyə idarəsi tərəfindən özünə təkcə bir ədəd şpris verildiyini irəli sürüb. Hadisə ilə əlaqəli istintaq başladılıb.
Müxalif Konqres Partiyasının rəsmiləri isə ştatın səhiyyə nazirinin istefasını tələb ediblər.