Almaniyanın Rügen adasının yeddi şəhərinin rəhbərləri regional və federal hökumətlərə müraciət edərək, enerji təhlükəsizliyini təmin etmək üçün “Şimal axını 2” qaz kəmərindən istifadə etməyi təklif ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,
“ DPA” agentliyi xəbəri sənədə istinadən yayıb.
Müraciəti Sassnitz, Bergen, Sellin, Binzer və digər şəhərlərin şəhər administrasiyalarının rəhbərləri, əsasən də partiyasız siyasətçilər imzalayıblar. Sənəd Meklenburq-Qərbi Pomeraniya hökumətinin rəhbəri və Almaniya İqtisadiyyat Nazirliyinin rəhbəri Robert Habekə göndərilib.
“...Biz belə hesab edirik ki, federal hökumətin Rusiya enerji daşıyıcılarından imtina etmək üçün təklif etdiyi kurs düzgün kurs deyil”.
Qeyd edək ki bu cümlə ölkənin iqtisadiyyat nazirliyinə göndərilən məktubda yer alıb.
Ağasəf Babayev