Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

27 İyul 2022 03:15 (UTC+04:00)

Sumqayıtda iyulun 26-da ağır yol- nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba avtomagistral yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yolu keçmək istəyən piyada 1994-ci il təvəllüdlü Rəşad İlqar oğlu Süleymanovu "Ford” markalı yük avtomobili vurub. Piyada aldığı xəsarətlərdən keçinib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.