İngiltərədə ən qədim yırtıcı fosili tapılıb.
SİA-nın əldə etdiyi məlumata görə, alimlər 2007-ci ildə tapılan fosilin 15 illik araşdırmalardan sonra məlum olan ən qədim yırtıcıya aid olduğunu müəyyən ediblər.
BBC-də yer alan xəbərə görə, Lesterşire (Leicestershire) əyalətindəki Çarnvud (Charnwood) meşəsində tapılan 560 milyon illik nümunənin hazırda meduzaların da olduğu "cnidaria" növünün öncüsü olduğu düşünülür.
Devid Attenboronun (David Attenborough) şərəfinə "Auroralumina attenboroughii" adlandırılan və Prekembri (Prekambriyen) dövründən əvvələ aid olduğu düşünülən fosil heyvanlar aləmində təxminən 20 milyon il əvvəlki yırtıcılığın dəlillərini göstərir.
20 santimetr uzunluğundakı fosilin əsl skeletə malik bir orqanizmin ilk nümunəsi olduğu düşünülür.
Oksford Universitetinin tədqiqatçılarının araşdırması "Nature Ecology and Evolution" jurnalında dərc olunub.