Məlum olduğu kimi, Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın “Ruki Vverx” estrada qrupunun ölkəyə girişinə 5 il qadağa qoyub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bu arada Rusiyanın Ukraynadakı hərəkətlərini tamamilə qəbuledilməz hesab edən Estoniya xarici işlər naziri Urmas Reinsalu Kremlin Estoniya və Avropanın təhlükəsizliyinə təhdid olduğunu bildirib.
Bununla yanaşı o qrup üzvlərinin ölkəsinə girişinə qadağa qoyulması düzgün qərar hesab edib.
“Daxili İşlər Nazirliyinin “Ruki Vverx” estrada qrupu üzvlərinin Estoniyaya girişdən 5 il müddətinə imtina etmək qərarı yeganə düzgün qərardır”, - deyən Reinsalu Estoniyanın Ukraynanı “dönməz şəkildə” dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Estoniya rusiyalı müğənnilər Filipp Kirkorov və Polina Qaqarinanın ölkəyə girişinə qadağa qoyub. Qərar ifaçıların Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı dəstəkləməsi ilə əlaqədar olub.
Ağasəf Babayev