Almaniyada 15-24 yaşlı gənclərin sayı

26 İyul 2022 18:41 (UTC+04:00)

Almaniyada 15-24 yaşlı gənclərin sayının 1950-ci ildən bəri ən aşağı səviyyəyə düşdüyü bildirilir.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) verdiyi məlumata görə, 8,3 milyon nəfər 15-24 yaş arasındadır ki, onlar ümumi əhalinin 10 faizini təşkil edir.

Almaniyada əhalinin sayı 83,2 milyon olmaqla ən yüksək səviyyəsinə çatıb. Lakin 15-24 yaş arası gənclərin sayı 1950-ci ildən bu yana həm ədəd, həm mütənasiblik baxımından ən aşağı səviyyəyə enib.

Demoqrafik quruluş əyalətlər arasında fərqlidir: Bremendə əhalinin 11 faizi 15-24 yaş arasında olduğu halda, ölkənin şərqindəki Brandenburqda (Brandenburg) bu nisbət 8, Saksoniya-Anhalt (Saksonya-Anhalt) və Meklenburq-Vorpommern (Mecklenburq-Vorporommern) əyalətlərində isə 8,3 faizdir.