Seçki dairələri sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yeni tərkibi müəyyənləşib

26 İyul 2022 16:52 (UTC+04:00)

Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yeni tərkibi müəyyən edilib.

SİA-nın məlumatına görə, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

MSK sədrinin müavini Rövzət Qasımov, MSK üzvləri Ramiz İbrahimov, Qabil Orucov, Almaz Qəhrəmanlı, Nailə Əsgərova, İlkin Şahbazovun komissiyanın yeni tərkibdə yer alması təklif edilib.

Həmçinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndələri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin nümayəndəsi, BŞİH-in təmsilçisi də sözügedən komissiyanın tərkibində iştirak edəcək. Qərarın ikinci bəndinə əsasən, qısa müddət ərzində komissiyanın tərkibinə daxil olacaq mütəxəssislərin müvafiq qurumlarla razılaşdırılması təmin edilməlidir.

Qərar səsə qoyularaq yekdilliklə qəbul edilib.