Avropada təbii qazın qiyməti 1900 dolları ötüb

26 İyul 2022 12:54 (UTC+04:00)

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 900 dolları ötüb.

SİA-nın məlumatına görə, Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 1 929 dollar ətrafında alınıb-satılır.

Gün ərzində qiymətlər 3 faiz artıb.

Qeyd edək ki, ötən gün "Qazprom"un Avropaya qaz nəqlini azaltmaq qərarı fonunda təbii qaz 12 faiz bahalaşmışdı.

Xatırladaq ki, martın əvvlində Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.