Türkiyənin ən çox bal istehsal edən şəhəri

26 İyul 2022 04:49 (UTC+04:00)

Ordu şəhərinin Türkiyədə ən çox bal istehsal edən şəhər olduğunu bilirsinizmi? SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Sağlamlığa saysız-hesabsız faydaları olan bal təbiətin insanlara ən böyük hədiyyələrindən biridir. Əsrlər boyu bəşər tarixi qədər qədim olduğu bilinən balın istifadə sahəsi də kifayət qədər genişdir. Bir çox xəstəliyə qarşı yaxşı olduğu bilinən bal təbii dadlandırıcı olaraq da istifadə edilir.
Türkiyə bal istehsalının kifayət qədər yüksək olduğu ölkələrdən biridir. Arıçılığın daha çox kələ-kötür ərazilərdə aparıldığı Türkiyə dünya bal istehsalında Çindən sonra dünyada ikinci yeri tutur. Türkiyənin Qara dəniz bölgəsində yerləşən Ordu vilayəti, ən çox bal istehsalı ilə ölkədə birinci yerdədir. Orduda şəhərində fındıqdan sonra arıçılıq ən mühüm gəlir mənbələrindən biridir. Son dövrlərdə orta illik bal istehsalı 18 min ton olan Orduda Türkiyənin 15 faiz balı istehsal edilir. Avropaya bal ixrac edən Ordunun arı pətəklərinin sayı dünyanın 84 ölkəsindən, bal istehsalının miqdarı isə 95 ölkədən çoxdur.