Ukrayna aviasiyası Xersonda ruslara zərbələr endirib

26 İyul 2022 03:54 (UTC+04:00)

Ukraynanın cənubunda 48 Rusiya hərbçisi zərərsizləşdirilib

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub ordu komandanlığı məlumat yayıb.

Ukrayna aviasiyası Xerson vilayətində Rusiya ordusunun 6 dayaq məntəqəsi və toplaşma məntəqəsinə zərbə endirib.

Ümumi olaraq ölkənin cənubunda sutka ərzində 48 hərbçi, 2 T-72 tankı, 1 haubitsa, 3 zirehli texcnika və 3 avtomobil məhv edilib. Desant briqadasının müşahidə məntəqəsi dağıdılıb.