Axşam yeməyindən sonra yatmağı sevənlərin hipertoniya və insult keçirmə ehtimalı yüksəkdir. Amerika Ürək Assosiasiyası belə deyir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tədqiqatçıların nəticələri “Hypertension” jurnalında dərc olunub.
Alimlər 360 000 orta yaşlı və yaşlı britaniyalıdan (40-69 yaş) məlumat əldə ediblər. Xüsusilə, bioloji mayelərin nümunələri (qan, sidik, tüpürcək) və həyat tərzini təsvir edən gündəlik… Qeyd edək ki, bunların arasından əvvəllər insult və hipertoniya xəstəliyi keçirməyənlər seçilib. Gündüz yuxusunun tezliyindən asılı olaraq, bütün subyektlər qruplara bölünüb.
Məlumatları təhlil etdikdən sonra tədqiqatçılar belə qənaətə gəliblər ki, gündüz yatanların hipertoniyaya tutulma riski 12 faizi, insult keçirmə riski isə 24 faiz yüksəkdir. Eyni zamanda, insan nə qədər gənc olsa, hipertansiyona meylli olma ehtimalı bir o qədər yüksəkdir (təxminən 20 faiz).
Bundan əlavə, tədqiqatın bəzi iştirakçıları gündüz yuxusunun gecə istirahətinin keyfiyyətini pisləşdirdiyini qeyd etdilər. Bu amil də öz növbəsində sağlamlığa təsir edir.
Ağasəf Babayev