“Miss Rusiya 2022” müsabiqəsi başa çatıb. Qalib 22 yaşlı orenburqlu Anna Linnikova olub.
SİA bu barədə rus saytlarına istinad edir.
Anna Linnikova Sankt-Peterburq İdarəetmə Texnologiyaları və İqtisadiyyat Universitetinin PR üzrə ikinci kurs tələbəsidir. O, tikməkdən və fransız dilini öyrənməkdən zövq alır. 16 yaşından qız model kimi çalışır və bütün dünyanı gəzir. Linnikovanın fikrincə, “Miss Rusiya” titulu “ictimai şəkildə aktual problemlər haqqında danışmağa və ictimai əhəmiyyətli şeylərə ictimaiyyətin diqqətini cəlb etməyə” imkan verir.
“I vitse-Miss Rusiya-2022” statusunu Çuvaşiya Respublikasından olan Anna Budaeva alıb, “II vitse-Miss Rusiya-2022” tacını isə Xabarovsk diyarından Darya Nemayeva alıb.
Ümumilikdə Rusiyanın müxtəlif şəhərlərindən 18-23 yaş arası 25 iştirakçı finala yüksəlib. Müsabiqə zamanı qızlar incəsənət, fəlsəfə, ədəbiyyat və ekologiya ilə bağlı sualları cavablandırıblar.
Bundan əlavə, proqrama klassik gözəllik müsabiqəsi çağırışları daxil idi: çimərlik geyimi müsabiqəsi və özünüz haqqında hekayə.
Xatırladaq ki, yazda başa çatan “Miss World” müsabiqəsinin qalibi polşalı Karolina Belyavska olmuşdu.
Nazlı Almuradova