Türkiyədə Herakla aid döşəmə mozaikası tapıldı

26 İyul 2022 00:14 (UTC+04:00)

Türkiyənin Antaliya rayonunun Alanya qəsəbəsindəki Syedra antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı mifoloji qəhrəman Heraklın (Herkules) 12 vəzifəsini əks etdirən, təxminən 164 kvadratmetrlik döşəmə mozaikası tapılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Karamanoğlu Mehmetbey Universitetinin Ədəbiyyat fakültəsinin arxeologiya kafedrasının müəllimi və Syedra Antik Şəhər Arxeoloji Qazıntı Qrupunun rəhbəri dosent Ertuğ Ergürer sözügedən mövzu ilə bağlı deyib: “Təxminən 164 kvadratmetr sahədə qərar tutan, eni 7,9, uzunluğu 21,91 metr olan döşəmə mozaikası eramızdan əvvəl 2-ci əsrə aiddir. Lazımi mühafizə tədbirləri görüldükdən sonra mozaika ictimaiyyətlə paylaşılacaq. Hal-hazırda ərazidə bu mozaika və digər antik əsərlərin üzə çıxarılması üçün işlər davam edir.”