"Beşiktaş"ın futbolçusu Rıdvan Yılmaz "Reyncers"ə transfer olunub.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Şotlandiya təmsilçisi 21 yaşlı müdafiəçi üçün 4 milyon avro təzminat ödəyəcək. Bundan başqa müqavilədəki bəndə əsasən, "Beşiktaş" 2 milyon 250 min avro bonus da qazana bilər.
Qeyd edək ki, Türkiyə millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayıb.