Meymunçiçəyi virusuna qarşı peyvənd üçün icazə verildi

25 İyul 2022 21:46 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) meymunçiçəyi virusuna qarşı peyvənd üçün Danimarkanın “Bavarian Nordic” biotexnoloji şirkətinə icazə verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Aİ Komissiyasından verilən məlumata görə, meymunçiçəyi peyvəndi üçün “Bavarian Nordic” (BAVA.CO) şirkətinə marketinq icazəsi verilib.

Avropa Dərman Agentliyi (EMA) peyvəndi keçən həftə tövsiyə etmişdi.

Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzinin son məlumatlarına əsasən, indiyədək Aİ-nin 27 ölkəsində 8,697 yoluxma halı qeydə alınıb. Yoluxma halı ən çox İspaniya, Almaniya və Fransada, ən az isə Bolqarıstan, Latviya və Slovakiyada aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 23-də meymunçiçəyi virusunu Beynəlxalq İctimai Sağlamlıq Fövqəladə Vəziyyəti (PHEİC) elan edib.

ÜST həmçinin indiyə qədər 75 ölkədən 16 mindən çox adamın meymunçiçəyinə yoluxduğunu, 5 nəfərin isə virusdan həyatını dəyişdiyini bildirib.