İnsultun xəbərçisi

25 İyul 2022 00:57 (UTC+04:00)

Kardioloq Yaroslav Aşıxmin insultun iki prekursorundan danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Gazeta.Ru” xəbər verir.

Beləliklə, həkimin sözlərinə görə, sinə nahiyəsində və baş olan şiddətli ağrılar bundan xəbər verə bilər. Aşıxmin qan təzyiqinə nəzarət etməyi tövsiyə edir. Mütəxəssisin fikrincə, əgər qan təzyiqi 140/90-dan yuxarı qalxırsa, bu, artıq təhlükəli vəziyyətdir.

Kardioloq əlavə edib ki, siqaret çəkənlər, həmçinin artıq çəki və hipertoniyadan əziyyət çəkən insanlarda infarkt və insult daha çox olur. Mütəxəssis rusları qan damarlarının tıxanması səbəbindən ürək problemlərindən qaçmaq üçün xolesterol səviyyələrinə nəzarət etməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl kardioloq Mariya Lopuxina insult və infarktın xəbərçisi olan simptomları sadalamışdı ki, bunlara da göz yummaq olmaz. Onun sözlərinə görə, infarkt adətən döş qəfəsində sıxıcı və yanma ağrıları, həmçinin boyun, çənə, kürək və hətta qarın nahiyəsində daimi və kəskin diskomfort hissi ilə müşayiət olunur.

Ağasəf Babayev