"Liverpul" yeni futbolçu almayacaq

24 İyul 2022 19:34 (UTC+04:00)

"Liverpul" yay transfer pəncərəsində yeni futbolçu almayacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O deyib:

"Əgər zədəli oyunçumuz yoxdursa və futbolçu satmamışıqsa, deməli, artıq hər şey tamdır. Yeni futbolçu almağı planlaşdırmırıq. Əsas proses yox, nəticədir".

Qeyd edək ki, İngiltərə klubu bu yay hücumçu Darvin Nunes, hücumameyilli yarımmüdafiəçi Fabio Karvalyo və sağ cinah müdafiəçisi Kalvin Remsi ilə müqavilə imzalayıb.